manera.az
manera.az

BDU-nun rektoru İzmir Yüksək Texnologiya İnstitutunda olub- FOTO

📅 19.08.2022 08:24

BDU-nun rektoru İzmir Yüksək Texnologiya İnstitutunda olub- FOTO
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İzmir Yüksək Texnologiya İnstitutunda olub.

Universitetdən MANERA.AZ-a verilən məlumata görə, görüşdə BDU-nun rektoru Elçin Babayev Universitetdə təhsil və tədris prosesi, elmi tədqiqatlar, yeni innovativ layihələr haqqında məlumat verib. Qardaş Türkiyə universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətində geniş və faydalı əlaqələrdən bəhs edib. 2022-ci ildə BDU-da İzmir Yüksək Texnologiya İnstitutu ilə imzalanmış əməkdaşlıq müqavilənin əhəmiyyətinə diqqət çəkib, əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açıb.

İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran ikitərəfli əməkdaşlığın genişləndiyini, universitetlər arasında tələbələrin, akademik və inzibati heyətin mübadiləsinin, eyni zamanda birgə elmi-tədqiqat layihələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.


Baxış sayı - 670 | Yüklənmə tarixi: 19.08.2022 08:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930