manera.az
manera.az

Özbək tələbələr İlahiyyat İnstitutunda təcrübə keçəcək

  Özbək tələbələr İlahiyyat İnstitutunda təcrübə keçəcək

Özbəkistan Beynəlxalq İslam Akademiyası (ÖBİA) ilə əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisəsinin “Dinşünaslıq” ixtisaslaşması üzrə təhsil alan beş magistrantı Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) təcrübə keçəcək. Səfər çərçivəsində ÖBİA-nın əməkdaşları Aİİ tələbələri üçün seminarlar verəcəklər.

Aİİ rektoru Aqil Şirinov qonaqlarla görüşüb, onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu ifadə edib. Rektor İnstitutun fəaliyyəti, qarşıda duran məqsəd və hədəflər haqqında geniş məlumat verib. Bildirib ki, ali təhsil müəssisəsində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə dövlət sifarişi üzrə qəbul həyata keçirilir.

A. Şirinov Aİİ-də təhsilin keyfiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, burada keçirilən fənlər ərəb və ingilis dillərində sərbəst mühazirə deyə bilən, öz sahəsinin peşəkar mütəxəssisləri tərəfindən tədris olunur.

Aİİ rektoru daha sonra ali təhsil müəssisəsinin yeni binasının istifadəyə verildiyini qeyd edib. A.Şirinov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışda şəxsən iştirak etdiyini bildirərək ölkəmizdə dövlət-din münasibətlərinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
ÖBİA-nın Xarici tələbələrlə iş üzrə şöbəsinin müdiri Navruzbek Abdullajonov və Akademiyanın müəllimləri prof., doktor Nilufar Batirova, prof., doktor Mokhira Abdullayeva təmsil etdikləri təhsil müəssisəsi haqqında geniş məlumat veriblər. Onlar çıxışları zamanı bildiriblər ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrimizin Aİİ-də təcrübə keçmələri böyük əhəmiyyət kəsb edir. Qonaqlar Aİİ-nin tələbə və müəllimlərini ÖBİA-da mübadilə proqramı çərçivəsində təcrübə keçməyə dəvət ediblər.

Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031