manera.az
manera.az

Türk dünyasının rəssamları bir araya gəlib - FOTO

📅 18.08.2022 11:13

Türk dünyasının rəssamları bir araya gəlib - FOTO
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının rəssamlarını yenidən bir araya gətirib. Azərbaycanı bu görüşdə 4 rəssam təmsil edir.

MANERA.AZ xəbər verir ki, budəfəki görüş Türkiyənin Safranbolu şəhərində təşkil olunub.

Safranbolu bələdiyyəsinin sədri Əlif Kösə və Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı rəsmi nümayəndəsi, TÜRKSOY 22-ci Rəssamlar Görüşməsi layihəsinin koordinatoru Elçin Qafarlı birgə mətbuat konfransında tədbirin məqsəd və nəticələri barədə geniş məlumat veriblər.

Bildirilib ki, məlum layihə çərçivəsində budəfəki tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan daxil olmaqla, ümumilikdə 11 məmləkətdən fırça sənətçiləri iştirak ediblər.
Türk dünyasının rəssamları bir araya gəlib - FOTO
Layihənin tarixi, keçdiyi inkişaf yolu, qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verən E.Qafarlı qeyd edib ki, tədbirin təşkilində məqsəd türk dünyasının rəssamlarının həm təcrübə mübadiləsinə nail olmaq, həm yeni-yeni əsərləri tanıtmaq, həm də ümumi mənada türk xalqlarının rəssamlıq sənətindəki nadir üslublarını dünyaya nümayiş etdirməkdir.

Avqustun 28-dək davam edəcək layihə çərçivəsində iştirakçı rəssamların əsərlərindən ibarət avqustun 27-də açılacaq sərgi sentyabrın 5-də başa çatacaq.

Münsiflər heyəti tərəfindən seçiləcək tabloların müəllifləri TÜRKSOY tərəfindən mükafatlandırılacaqlar.


Baxış sayı - 490 | Yüklənmə tarixi: 18.08.2022 11:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031