manera.az
manera.az

Türk dünyasının opera sənətçiləri bir araya gəlib

Türk dünyasının opera sənətçiləri bir araya gəlib
TÜRKSOY və Bilkənt Simfonik Orkestrinin təşkilatçılığı ilə türk dövlətlərinin müstəqilliyinin 30 illiyi münasibətilə türk dünyasının opera sənətçiləri bir araya gəlib.

Manera.az xəbər verir ki, Fransız bəstəkarı Jorj Bizenin “Karmen” operasının Bilkənt Simfonik Orkestrindəki quruluşunu Azərbaycanın xalq artsisti drijor Elşad Bağırov verib.

Tamaşaçılar Bulkənt Universitetinin Odeon səhnəsində türkdilli ölkələrin tannmış opera ustaları - Özbəkistandan Firuzə Yusupova, Türkiyədən Ayxan Uştuk, Başqırdıstandan Əlfiyə Kərimova və Rəsul Jarmaqambetovun ifalarını dinləyiblər. Tamaşanın şərh bölümünü isə türkiyəli Didəm Aygün səsləndirib.

Odeon səhnəsində 3 min insanın tamaşa etdiyi “Karmen” operasının sonunda sənətçilərə TÜRKSOY-un Baş katibinin köməkçisi Bilal Çakçı, Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın Ankaradakı səfirliklərinin əməkdaşları, digər diplomatik korpusların rəhbərləri gül dəstələri təqdim etməklə təşəkkürlərini bildiriblər.

Konsertin drijoru Elşad Bağırov pandemiya dönəmindən sonra ilk konsertin Bilkənt Opera Sənətçiləri və Türkdilli ölkələrin tanınmış artistləri ilə başlamasının sevindirici bir hal olduğunu söylədi. Türkdilli ölkələrin sənətçiləri konsertdən sonra dirijor Elşad Bağırova yaxınlaşaraq ona öz minnətdarlıqlarını bildirdilər.

Türk dünyasının opera sənətçiləri bir araya gəlibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930