manera.az
manera.az

Akademik Kamal Abdullaya Ankarada "Şərəf" medalı verildi - Foto |Manera.az

📅 06.06.2022 13:19

Akademik Kamal Abdullaya Ankarada "Şərəf" medalı  verildi - Foto |Manera.az
TÜRKSOY akademik Kamal Abdullanı “Şərəf” medalı ilə mükafatlandırdı



Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə mükafatlandırıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.

Manera.az
mükafatlandırma mərasimi Ankarada TÜRKSOY-un Mərkəzi Qərargahında keçirilib.

Əvvəlcə TÜRKSOY-un Baş katibi Sultan Rayevin çıxışı dinlənilib.

Mükafatlandırılan alimlər çıxış edərək türk dünyasının ali təltifinə layiq görüldükləri üçün minnətdarlıqlarını ifadə ediblər. TÜRKSOY-un geniş miqyaslı və faydalı fəaliyyəti yüksək dəyərləndirilib.

Akademik Kamal Abdullaya Ankarada "Şərəf" medalı  verildi - Foto |Manera.az

“Şərəf” medalı, həmçinin Qazaxıstan Yazıçılar Birliyinin sədri Ulyukbek Yesdaulet və Qırğızıstandan görkəmli ədəbiyyatçı və türkoloq Osmanakun İbraimova da təqdim edilib.

Qeyd edək ki, “Şərəf” medalı TÜRKSOY-un təsis etdiyi ən ali mükafatdır.


MANERA.AZ




Baxış sayı - 624 | Yüklənmə tarixi: 06.06.2022 13:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031