manera.az
manera.az

Əli Kərim poeziyası Ankarada

Əli Kərim poeziyası Ankarada
Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans salonunda Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi tərəfindən nəşrə hazırlanan Əli Kərimin “Seçilmiş şeirlər” adlı kitabının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, ön sözünün müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva olan kitab Türkiyənin nüfuzlu “BENGÜ” nəşriyyatında çap edilib.

Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) rəhbəri Aygün Attar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu və başqaları təqdim olunan kitab barədə fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, nəşrin hazırlanmasında məqsəd Azərbaycan poeziyasında xüsusi yaradıcılıq xətti ilə seçilən şair Əli Kərimi Türkiyə ictimaiyyətində daha yaxından tanıtmaqdır.

TADƏHF-in rəhbəri Aygün Attar çıxışında əminliklə bildirib ki, Əli Kərimin poeziya yaradıcılığı bundan sonra da Azərbaycanda sevilə-sevilə oxunacaq. Şuşa konfrans salonunda davamlı olaraq belə təqdimatların keçirilməsi özlüyündə Azərbaycan ədəbiyyatının fasiləsiz təbliğinə çevrilir.
Əli Kərim poeziyası Ankarada
Azərbaycan parlamentinin komitə sədri Qənirə Paşayeva vurğulayıb ki, Əli Kərimin yaradıcılığını poeziya dünyasına hər zaman sevdirən onun müasir dünyagörüşüdür. Türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması istiqamətində görülən bütün işlərin dəyərli olduğunu bildirən deputat qeyd edib ki, türk xalqlarının müasir qələm sahibləri bir-birinin tarixindən, mədəniyyətindən yazdıqca görülən işlərin təsiri və faydası daha çoxalacaqdır.

Əli Kərimin “Seçilmiş şeirlər” adlı kitabının çap olunmasını Azərbaycan poeziyasının Türkiyədə daha geniş tanınması üçün yeni addım kimi dəyərləndirən çıxışçılar bu nəşrə görə Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğluna sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Əli Kərim poeziyası Ankarada
AYB-nin sədri Yaqub Öməroğlu vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Qarabağ savaşında qazandığı böyük Qələbə bütün türk dünyasının bədii ədəbiyyatı və poeziya aləmi qarşısında mühüm vəzifələr qoyur. Avrasiya Yazarlar Birliyinin də qarşısında duran strateji hədəflərdən biri Qarabağ Zəfəri ilə bağlı əsərlər, eləcə də romanlar nəşr edərək onları bütün türk dünyasında yaymaqdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031