manera.az
manera.az

Əli Kərimin şeirlər kitabının təqdimatı olacaq

📅 26.09.2019 10:39

Əli Kərimin şeirlər kitabının təqdimatı olacaq
27 sentyabr VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Əli Kərimin “Metronun yaylı qapıları” şeirlər kitabının təqdimatı keçiriləcək.

Manera.az xəbər verir ki, AYB-nin təşəbbüsü ilə çap olunan kitabda Əli Kərimin əsasən məşhur şeirləri toplanıb.

Nəşrdə yer verilən əsərlər bu yaxınlarda vəfatının 50-ci ildönümü tamam olan Əli Kərimin şair kimi əbədiyaşarlığını bir daha isbatlamaq, poeziyasının ən səciyyəvi cəhətlərini əks etdirmək baxımından xüsusi önəm daşıyır.
Əli Kərimin şeirlər kitabının təqdimatı olacaq
Kitab Əli Kərim poeziyasının vurğunları, eləcə də şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər, gənc qələm sahibləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın təqdimatı 27 sentyabr Bakı İdman Sarayınnda, saat16-30-da keçiriləcək.



Baxış sayı - 1 135 | Yüklənmə tarixi: 26.09.2019 10:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031