manera.az
manera.az

“Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının təqdimatı keçirilib

“Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının təqdimatı keçirilib
Aprelin 26-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attarın “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, hadisələrin döyüş səhnələri ilə təsvir olunduğu kitab münaqişənin yaranma səbəblərinin geosiyasi kontekstdə araşdırılması ilə yanaşı, Zəfərə aparan yolun gedişatını, qardaş Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyini, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə rəşadətli Azərbaycan Ordusunun müharibədə qazandığı tarixi Qələbənin təfərrüatlarını xronoloji ardıcıllıqla əks etdirir.

Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov professor Aygün Attarın biblioqrafiyasına müraciət edərək, müəllifin müxtəlif illərdə tutduğu vəzifələri, layiq görüldüyü təltif və mükafatları diqqətə çatdırıb. On kitab, 100-dən çox məqalənin müəllifi olan A.Attarın aprelin 15-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iki qardaş xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini söyləyib.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxışında “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının Azərbaycan Zəfər tarixini əks etdirən fundamental bir əsər olduğunu, Aygün Attarın qəlbində “Bütöv bir Azərbaycan daşıdığını”, xalqına, millətinə, tarixinə sonsuz bağlılığını dilə gətirib.
“Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabının təqdimatı keçirilib
Təqdimat mərasimində çıxış edən “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz kitabda Qarabağ problemi zəminində xalqımızın son otuz ildə çəkdiyi iztirabların, Qarabağ mövzusu ətrafında oynanılan məkrli beynəlxalq oyunların işıqlandırılmasından danışıblar. Aygün Attarın Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafında əvəzsiz xidmətlərinin olduğunu vurğulayıblar.

Tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu çıxışında Aygün Attarın gənclik illərindən belə təşəbbüskar, vətənpərvər, ədalətpərəst olduğunu söyləyib. Bu gün isə müəllifin Türkiyədə Azərbaycan həqiqətlərinin carçısı qismində çıxış etdiyini, Azərbaycanın ictimai, mədəni, ədəbiyyat mühitinin ən fəal təbliğatçısı olduğunu söyləyib.

Azərbaycan-Amerika Tibb Cəmiyyətinin təsisçisi Rauf Şahbazov Aygün Attarın iki qardaş ölkə arasında dostluq, birlik simvolu olduğunu deyib.
Tədbirdə digər çıxışçılar Aygün Attarın əsərini yetişməkdə olan gənclik üçün əvəzsiz, tarixi gerçəklikləri özündə əks etdirən fundamental əsər olduğunu bildiriblər.

Müəllif Aygün Attar belə bir görüşün məhz mədəniyyət ocağında, gənclər qarşısında təşkil olunmasına görə kitabxana rəhbərliyinə minnətdarlığını bildirib. Kitabının ərsəyə gəlməsindən, məziyyətlərindən və mahiyyətindən söhbət açıb.

Qeyd edək ki, Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap olunan kitabın türk dilindən tərcümə müəllifləri - Nəriman Əbdülrəhmanlı, Kəmalə Ələkbərova, Rəbiqə Zeynalova, redaktoru Etimad Başkeçiddir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031