manera.az
manera.az

“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı Ankarada təqdim oldundu - FOTOLAR

“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı Ankarada təqdim oldundu - FOTOLAR
Ankarada Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının üçüncü nəşrinin təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən təşkil olunan təqdimetmə Ankarada fəaliyyət göstərən Şuşa Konfrans Mərkəzində gerçəkləşib.

Təqdimat mərasimi bir dəqiqəlik sükut, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Moldovanın Türkiyədəki səfiri Dimitri Croitor, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev, Türkiyə Xarici İşlər Nazirliyinin məsul əməkdaşı İsmayıl Hakkı Musa, Türkiyə-Azərbaycan İşgüzar Şurasının (DEİK) sədri Selçuk Akat mərasimdə çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə, 44 günlük vətən müharibəsində baş verən proseslər, eləcə də Azərbaycan həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılması istiqamətində aparılan informasiya mübarizəsi barədə fikir və mülahizələrini bölüşüblər.

Təqdimat mərasimi çərçivəsində ötən il dekabrın 10-da Bakıda keçirilən Hərbi Zəfər Paradı, Prezident İlham Əliyevin səfir Hulusi Kılıça Azərbaycanın “Dostluq” Ordenini təqdim etməsi, “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının Bakı təqdimatı barədə videomateriallar nümayiş etdirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və “YAŞAT” Fondunun rəhbəri, Vətən müharibəsi qazisi Elvin Hüseynov videogörüntü ilə təqdimata qoşulublar.

Çıxışlarda vurğulanıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə xalqı 44 günlük Vətən müharibəsində böyük sədaqət və əzmkarlıqla Azərbaycanın yanında olub. Savaş yalnız cəbhədə deyil, eyni zamanda, informasiya məkanında da aparılıb. Səfir Hulusi Kılıç informasiya mübarizəsində yorulmadan çalışaraq Can Azərbaycanın əbədi dostu olduğunu açıq şəkildə nümayiş etdirib ki, təqdim olunan kitabdakı materiallar bunun bariz nümunəsidir. Kitabın ərsəyə gəlməsinin digər özünəməxsusluğu isə onun satışından toplanan vəsaitin “YAŞAT” Fonduna ianə edilməsidir. Burada söhbət yalnız şəhid ailələrinə və qazilərə göstərilən maddi yardımdan deyil, mənəvi dəstəklə tarixdə hər zaman xoş xatırlanacaq humanistlik nümunəsi sərgiləməkdən gedir. Bu yanaşma təkcə Azərbaycansevərliyin deyil, insansevərliyin və xeyirxahlığın nişanəsidir.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün müdrik kəlamları xatırlanıb və təkrar-təkrar vurğulanıb ki, bütün dünyaya örnək olan Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyətə qədər davam edəcək.

Səfir Dimitri Croitor çıxışında həmkarı Hulusi Kılıç haqqında xoş sözlər ifadə edərək diqqətə çatdırıb ki, o, yalnız Azərbaycanın dostu deyil, eyni zamanda, Türkiyə-Moldova münasibətlərinin inkişafına böyük əmək və səy göstərən təcrübəli diplomat, gözəl insandır.

Təqdimatda iştiraka və çıxışlardakı xoş sözlərə görə minnətdarlığını ifadə edən Hulusi Kılıç diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq haqqa və ədalətə qarşı təcavüz olub. Azərbaycan-Türkiyə qardaşlığı bütün dünyaya göstərib ki, xalqlar öz hüquq və haqlarını təmin etməyə israrlıdırlar və bunu bacarırlar.

O deyib: “Mən diplomatik fəaliyyətimdə hər zaman Can Azərbaycanın ərazi bütövlüyünü diqqətdə saxlamışam. Hər bir fürsətdə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq könlümün istəyi, borcum olub”.

44 günlük müharibədə Hulusi Kitabın Ankara təqdimatında rəsmi şəxslər, səfirlər, Azərbaycan və Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bundan əvvəl “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabın təqdimatı Bakı və İstanbul şəhərlərində keçirilib.

“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı Ankarada təqdim oldundu - FOTOLAR
“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı Ankarada təqdim oldundu - FOTOLAR
“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı Ankarada təqdim oldundu - FOTOLAR
“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı Ankarada təqdim oldundu - FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829