manera.az
manera.az

Gənc yazarın Rəsulzadə haqqında kitabının təqdimatı keçirilib

📅 25.07.2021 16:55

Gənc yazarın Rəsulzadə haqqında kitabının təqdimatı keçirilib
Gənc yazar Ağarza Elçinoğlunun "Rəsulzadə və 4-cü hakimiyyət" adlı kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, kitabda Məhəmməd Əmin Rəsulzadənin "Mətbuat Azadlığı" məqaləsi Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də təqdim olunub.

Təqdimatda Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının müəllifi, Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu və bir sıra media nümayəndələri iştirak ediblər. Onlar gənc yazarın kitabı ilə tanış olub, ona fəaliyyətində uğurlar arzulayıblar. Kitabda AXC qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun Azərbaycan mətbuatına bəxş etdiyi töhfələrdən bəhs edilib.

Gənc yazarın Rəsulzadə haqqında kitabının təqdimatı keçirilib


Baxış sayı - 579 | Yüklənmə tarixi: 25.07.2021 16:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031