manera.az
manera.az

Azərbaycan teatrında "Medeya" dalğası

Azərbaycan teatrında "Medeya" dalğası
Azərbaycan Dövlət Milli Dram teatrında yeni tamaşanın premyerası oldu. Medeya tamaşasının məhz milli teatrımızda təqdim olunması böyük hadisədir.

Baxın, antik ədəbiyyatın Evripid dühasının ən məhşur nümunəsi kimi dünya incəsənətində böyük səs küy salan, Mariya Kallas və digər məşhurların imza atdığı bu əsərdə oynamaq nə qədər məsuliyyət tələb etdiyini və tamaşanın tək bir aktrisa üzərində qurulmasının ağırlığını nəzərə alsaq, o zaman əsərin də, tamaşanın da ağırlığını, sambalını yaxşı dərk edərik. Açığını deyim ki, mono tamaşalara xüsusi bir sevgim var... Nədən?

Çünki məhz bu janrda olan tamaşada aktyor butun potensialını üzə çıxarmaq imkanı əldə edir və nəticədə istedad maneəsiz üzə çıxmaq üçün geniş meydan qazanır. Bu mənada düşünürəm ki, mono tamaşalar öz istedadına inanan, güvənən aktyor üçün əsas tramplindir. Aktrisa Res.əməkdar.artisti Münəvvər Əliyeva, məhz o qəbildən aktrisalardandır ki, faciə janrı sanki onun bütün varlığına hakim kəsilib. Üzündəki hüzün, gözlərindəki dərin məna, baxışlarında həyatın kədər yükü Medeyanı bizə başqa rakursdan sevdirdi. Azərbaycan aktrisasının Medeyası özünəməxsusluğu ilə yadda qaldı.

Və heç də dünya çapında dəfələrlə oynanılan aktrisalardan geri qalmadı və əksinə Azərbaycan aktrisasına məxsus xüsusi bir temperamentlə, ehtiraslı səhnələrlə, gənclərə meydan oxuyan plastikası ilə yeni bir Medeya yaratmağa müvəffəq oldu. Aktrisanın "Qatil" tamaşasındakı müasir obrazını xatırlasaq, o zaman anlayırıq ki, o Medeyaya çoxdan hazır idi belə... Əlbəttə ki, bunun üçün təpədən dırnağadək obrazına çevrilməlisən ki, bu çevrilişi tamaşaçıya ötürə biləsən və o zaman uğurun qarantisinə şübhə yoxdur. Münəvvər Əliyeva Medeyanı oynamadı yaşadı... Sevgini, xəyanəti və bu xəyanətin dərdini yaşadı.

Yüzlərlə qadının faciəsini, psixoloji sarsıntıları öz qəlbinin ağrısından keçirə keçirə bizə ötürdü... Gah güclü oldu, gah zəif... Gah qatil oldu, gah sevən ana... Və bütün bu psixoloji durumların içərisində sarsılan bir qadın, bütövləşdi... Medeya yarandı... Medeyanın böyük sevgisi qədər də böyük nifrəti var. Bu nifrətin kökündə isə xəyanət durur... O, bu xəyanəti bağışlamağa qadir deyil... O bunu bacarmır və bu xəyanətin sonunda qatilə çevrilir... Analıq sevgisini qəlbində basdıracaq qədər böyük bir qatilə... Kimdir günahkar??

Və bu sualın cavabını tapmaq o qədər də asan deyil... Medeya, özü də bu suallar məngənəsində boğulur... Və bir qadının ən böyük günahı sevgidirsə, o böyük günahkardır... Azərbaycan səhnəsinin Medeyası... Açığını desəm, mən bu temperamentdə, bu formada, plastika baxımdan bu qədər potensial imkanlı digər aktrisa təsəvvür belə edə bilmirəm məhz Medeya obrazında... Münəvvər Əliyeva o aktrisalardandır ki, səhnədə məhz illərdir formada qalmasını qoruyur ki, bu da müasir aktrisa üçün əsas faktordur. İstedad və fakturanın eyni tandemdə olması əlbəttə ki, aktyorun əsas vəzifəsidir...

Tamaşanın rejissoru çox gəncdir... Və məhz, klassikaya müraciət etməsi bu da özünə olan güvəndən xəbər verir. Tamaşanın quruluşu sadə olduğu qədər də mürəkkəbdir. Rejisor, əsas ideyanı önə çıxarmaq, tamaşaçını yormamağa çalışır və hər detaldan yerli yerində istifadə edir... Musiqi, plastika, qeyri adi səhnə dekoru tamaşanın ümumi ahənginə xüsusi təsir edir və nəticədə maraqlı bir iş ortaya çıxır... Əlbəttə, bir detalı da qeyd edim ki, final sanki bir az sönük oldu... Yəqin ki, bu da rejissorun öz yozumudur.

Amma bütövlükdə düşünürəm ki, mono tamaşa rejissordan çox, aktyor oyununu ön plana çıxarır... Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, bədii rəhbəri Azər Paşa Nemətov, quruluşçu rəssamı isə İlham Elxanoğludur. Bütün yaradıcı heyəti ürəkdən təbrik edirəm və məhz qadın mövzusunun səhnədə mütəmadi əks olunmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm.

P.S. Bütün tamaşa boyu suyun içində, yaş libası ilə səhnəyə meydan oxuyan Münəvvər xanım sonda göz yaşlarını saxlaya bilmədi... Mən də ağladım... Bilmirəm daha kim təsirlənib ağladı... Amma bir şeyi bilirəm ki, sən heç bir zaman səhnədə oynamırsan, Yaşayırsan!

Təranə Feyzullayeva

Azərbaycan teatrında "Medeya" dalğası
Azərbaycan teatrında "Medeya" dalğasıБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031