manera.az
manera.az

Müəllimlərin işə qəbulu imtahanlarının vaxtı açıqlandı

📅 02.06.2022 19:20

Müəllimlərin işə qəbulu imtahanlarının vaxtı açıqlandı
İyunun 3-də 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

“Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəsinin test mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur”.

MANERA.AZ xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib.

O bildirib ki, pandemiya səbəbindən müəyyən dəyişiklik olan imtahanlar bu il paytaxtla yanaşı, regionlarda da təşkil olunacaq.

Direktorun sözlərinə görə, namizədlərə 60 sual təqdim olunacaq və qəbul edilən yeni qərara uyğun olaraq onlara 120 dəqiqə vaxt veriləcək.


Baxış sayı - 782 | Yüklənmə tarixi: 02.06.2022 19:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031