manera.az
manera.az

Kolleclərə sənəd qəbulu davam edir

📅 11.04.2022 18:08

Kolleclərə sənəd qəbulu davam edir
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

DİM-dən MANERA.AZ-a verilən xəbərə görə, ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılır.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 25 aprel saat 23:59-dək davam edəcək.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz.


Baxış sayı - 796 | Yüklənmə tarixi: 11.04.2022 18:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930