manera.az
manera.az

Peşə məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsi elan edilib

📅 30.08.2021 13:13

Peşə məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsi elan edilib
27 avqust - 5 sentyabr tarixlərində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir.

Təhsil Nazirliyindən Manera.az-a verilən məlumata görə, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, BərdəQəbələ şəhərləri üzrə aparılacaq.

Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.

İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.

İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət_forması"nı bölmələr üzrə tam doldurmalıdırlar.

Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.

Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək;

Ölkəmizdə və xarici ölkələrdə keçiriləcək təlimlərdə iştirak;

Rəqabətə davamlı əməkhaqqı;

Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.

Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.


Baxış sayı - 753 | Yüklənmə tarixi: 30.08.2021 13:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031