manera.az
manera.az

Azərbaycanın Türkiyədəki Səfirliyi SMA xəstələrinə yardım üçün festivalda iştirak etdi

📅 30.04.2022 12:35

Azərbaycanın Türkiyədəki Səfirliyi SMA xəstələrinə yardım üçün festivalda iştirak etdi

Azərbaycanın Türkiyədəki Səfirliyi Spinal Musküler Atrofiya (SMA) xəstəsi olan uşaqlara yardım etmək üçün “Ankara Grand Mercure Hotel”də təşkil olunan Ankara Gözəllik və Kosmetika Festivalına qatılıb.

Digər xarici ölkələrin Ankarada akkreditə olunan diplomatik korpusunun da iştirakı ilə keçirilən təqdimat və ənənəvi məhsul festivalında Azərbaycan stendi böyük maraqla qarşılanıb.

Səfirlikdən verilən məlumata görə, əldə olunan bütün vəsait SMA xəstəsi olan uşaqların müalicəsinə sərf olunacaq.

Qeyd edək ki, festivalın sürpriz qonaqları arasında Türkiyədə Corci adı ilə tanınan (əsl adı Yavuz Birsel) məşhur makiyaj ustası və əslən Azərbaycandan olan tanınmış kosmetoloq Şəms Arslan da olub. Vizajist Corcinin fərqli performansları və Şəms Arslanın təbii məhsullardan hazırladığı bənzərsiz tətbiqləri Ankara sakinlərinin böyük marağına səbəb olub.

Festivala gələnlərə peşə təhsili və investisiya məsləhətləri ilə bağlı məlumat da verilib.
Azərbaycanın Türkiyədəki Səfirliyi SMA xəstələrinə yardım üçün festivalda iştirak etdi


Baxış sayı - 451 | Yüklənmə tarixi: 30.04.2022 12:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031