manera.az
manera.az

Gənc şairlər İstanbul Ədəbiyyat festivalında

📅 02.10.2017 23:02

Gənc şairlər İstanbul Ədəbiyyat festivalında
3-7 oktyabr tarixlərində İstanbulda Beyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı keçiriləcək.

Festivalda Azərbaycanı şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani təmsil edirlər.

Festivalın ilk günü Grand Perada Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur türk yazar və şairlərin gənc yaşlarında yazdıqları ilk əsərləri "İlk Əsərlər Sərgisi" adı ilə ədəbiyyatsevərlərə təqdim olunacaq. Festivalda indiyədək 42 ölkədən 300-dək şair iştirak edib. Bu il festivalda Türkiyədən 30, digər ölkələrdən isə 20 şair qatılacaq.

Festival çərçivəsində Grand Pera, Əhməd Həmdi Tanpınar Kitabxanasın, Goethe İnstitutu Kitabxanası, Mephisto Kafe, İnsan Kitabevi, Fatih Pages Kitabevi, Caddebostan Mədəniyyət Mərkəzi və Pera Muzeyində şeirlər oxunacaq və imza günləri təşkil olunacaq.


Baxış sayı - 2 116 | Yüklənmə tarixi: 02.10.2017 23:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930