manera.az
manera.az

Nazir Regional təhsil idarələrinin yeni rəhbərləri ilə görüşüb - FOTOLAR

📅 29.04.2022 19:02

Nazir Regional təhsil idarələrinin yeni rəhbərləri ilə görüşüb - FOTOLAR
Aprelin 29-da təhsil naziri Emin Əmrullayev regional təhsil idarələrinin rəhbər vəzifəsinə təyin edilmiş şəxslərlə görüşüb.

Bu barədə MANERA.AZ-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Emin Əmrullayev Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamlar, bu sərəncamların icrası ilə bağlı görülən işlərdən danışıb, regional təhsil idarələrinə yeni təyin olunmuş rəhbər şəxslərə tövsiyə və tapşırıqlarını verib.

Görüşdə regional təhsil idarələrinin əsas vəzifələri olaraq fəaliyyət istiqamətləri üzrə vətəndaşlara çevik və keyfiyyətli təhsil xidmətinin təşkili, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasının vacibliyi qeyd olunub. Həmçinin təhsilverənlər üçün müvafiq və səmərəli iş şəraitinin yaradılması, zəif nəticəsi olan şagirdlərlə işə xüsusi diqqət ayrılması, onların nailiyyətlərinin yüksəldilməsi, eyni zamanda, məktəbəqədər yaşında uşaqlar üçün əlverişli öyrənmə mühitinin təşkili kimi məsələlər xüsusi vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci 20 dekabr tarixli Sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı regional təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb. Regional təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil naziri tərəfindən təsdiq edilib.

Nazir Regional təhsil idarələrinin yeni rəhbərləri ilə görüşüb - FOTOLAR
Nazir Regional təhsil idarələrinin yeni rəhbərləri ilə görüşüb - FOTOLAR


Baxış sayı - 777 | Yüklənmə tarixi: 29.04.2022 19:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031