manera.az
manera.az

Regional Təhsil İdarələri nə vaxt işə başlayır?

📅 06.02.2022 09:29

Regional Təhsil İdarələri nə vaxt işə başlayır?
“Bu ilin mart ayı ərzində Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı bütün işlər yekunlaşacaq”.

MANERA.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, bundan sonra bağçaların idarə edilməsi işini həmin idarələr həyata keçirəcək.

E. Əliyev xatırladıb ki, hazırda bağçalarla bağlı təhvil-təslim prosesi davam edir: “Nəzərə alsaq ki, ölkədə 1000-dən artıq dövlət uşaq bağçası var və bu da kifayət qədər vaxt tələb edir. Uşaq bağçalarına qəbulun elektron formada olması da planlaşdırılır. Eyni zamanda, tərbiyəçilərin də qəbul prosesinin Müəllimlərin İşə Qəbulu formatında olması düşünülür. Hazırda məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti, statistik məlumatların toplanması, işçi ehtiyacı və s. üzrə qiymətləndirmələr aparılır”.

Qeyd edək ki, ötən il dekabrın 20-də bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilib.


Baxış sayı - 643 | Yüklənmə tarixi: 06.02.2022 09:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031