manera.az
manera.az

Təhsil naziri Şəmkirdə məktəb açılışında - Foto

📅 21.04.2022 16:22

Təhsil naziri Şəmkirdə məktəb açılışında - Foto
Təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfər edib.

MANERA.AZ xəbər verir ki, nazir orada Zəyəm-Cırdaxan kənd C.Abıyev adına 2 saylı orta məktəbin açılışında iştirak edib, məktəblə tanış olub.

Açılış mərasimində bildirilib ki, yeni tikilmiş məktəb 432 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, çağrışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 216 nəfərlik akt zalı, idman zalı, kitabxana və 92 yerlik yeməkxana fəaliyyət göstərəcək.

Açılışdan sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, nazir daha sonra Tovuz rayonunda STEAM Mərkəzinin açılışında iştirak edəcək.

Təhsil naziri Şəmkirdə məktəb açılışında - Foto
Təhsil naziri Şəmkirdə məktəb açılışında - Foto
Təhsil naziri Şəmkirdə məktəb açılışında - Foto
Təhsil naziri Şəmkirdə məktəb açılışında - Foto


Baxış sayı - 644 | Yüklənmə tarixi: 21.04.2022 16:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930