manera.az
manera.az

Türkiyə Cümhuriyyəti - 92 | MANERA.AZ

Türkiyə Cümhuriyyəti - 92 | MANERA.AZTürkiyə Cümhuriyyətinin yaranmasının 92-ci ildönümü qeyd olunub

Oktyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) əsası 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürk və silahdaşları tərəfindən qoyulan Türkiyə Cümhuriyyətinin yaranmasının 92-ci ildönümü münasibəti ilə dəyirmi masa keçirilib.

MANERA.AZ xəbər verir ki, BSU-nun prorektoru, professor Telman Cəfərov əlamətdar bayram münasibəti ilə dəyirmi masa iştirakçılarını və bütün türk dünyasını təbrik edib, iki qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bu gün Azərbaycan və Türkiyə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, hər iki ölkə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir. Oktay Səmədov Bilik Fondunun təhsil və sosial işlərdə gördüyü tədbirlərdən və Türkiyənin Azərbaycandakı təşkilatlarıyla əməkdaşlığından söz açıb.

Tədbirdə Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) baş katibi Selçuk Düzgün göstərilən diqqətə və əziz günün sevincini bölüşdüklərinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. Selçuk Düzgün deyib ki, Türkiyə dinamik inkişafı yolunda siyasi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük uğurlara imza atıb, regionda və dünyada mövqeyini möhkəmləndirib. Bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olub. Ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə bu birlik daha inamlı xarakter alır.

Dəyirmi masada BSU-nun müəllimi, tanınmış jurnalist, Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti Bədii Şurasının rəhbəri Etibar Babayev də Türkiyə Azərbaycan əlaqələrindən danışıb. Azərbaycan müstəqillik qazandıqdan sonra bu münasibətlərin gündən - günə daha da inkişaf etdiyini vurğulayıb.

Universitetin müəllimi Natiq Abdullayev Türkiyənin o illərdə üzləşdiyi çətinliklər və Qurtuluş savaşı ilə bağlı elmi məruzəylə çıxış edib. Tədbir türkiyəşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin şeir və rəqs nömrələriylə davam edib.

Aytəkin Qardaşova
MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31