Şahbaz Xuduoğluna Fransanın ali ordeni təqdim edilib

Fransanın Azərbaycandakı Səfirliyində “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna Fransa Mədəniyyət Nazirliyi tərəfindən verilən “İncəsənət və ədəbiyyat” ordeninin “Cəngavər” rütbəsi ilə təltif olunma tədbiri keçirilib.
MANERA.AZ xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros, səfirliyin əməkdaşları, Azərbaycanın tanınmış yazıçıları, tərcüməçiləri, media nümayəndələri iştirak ediblər.
Çıxış nitqindən sonra səfir “Cəngavər” ordenini Şahbaz bəyə təqdim edib.
Xatırladaq ki, Ş.Xuduoğlu Fransanın nüfuzlu “İncəsənət və ədəbiyyat” ordeninin “Cəngavər” rütbəsinə layiq görülməsi ilə bağlı rəsmi məktubu ötən ilin oktyabrında almışdı. /voicepress.az/