manera.az
manera.az

Gülnarə Sadıxova “Akademik Palma” ordeni ilə təltif edilib

📅 25.12.2017 14:45

Gülnarə Sadıxova “Akademik Palma” ordeni ilə təltif edilib
ADU-nun əməkdaşı Fransanın ordeni ilə təltif olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dili kafedrasının müdir müavini, filologiya elmləri doktoru Gülnarə Sadıxova Fransa Respublikasının “Akademik Palma” (Kavaler dərəcəsi) ordeni ilə təltif edilib. Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşe Gülnarə Sadıxovaya ordeni təqdim edib və ona bu yüksək mükafata Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə, Fransa ilə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafında olan xidmətlərinə görə layiq görüldüyünü bildirib. Fransa səfirinə bu yüksək mükafatla təltif olunduğuna görə təşəkkürünü bildirən Gülnarə Sadıxova bu mükafatı ADU-ya şamil etdiyini deyib.

Qeyd edək ki, “Akademik Palma” ordeni 1808-ci ildə Napoleon Bonapart tərəfindən təsis olunub və ilk dəfə bu yüksək mükafatla Paris Universitetinin akademik və professorları təltif olunublar.

MANERA,AZ






Baxış sayı - 2 001 | Yüklənmə tarixi: 25.12.2017 14:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031