manera.az
manera.az

Ali məktəblərə sənəd qəbulu başa çatdı

📅 09.06.2021 11:01

Ali məktəblərə sənəd qəbulu başa çatdı
2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu üçün uzadılan vaxt başa çatıb.

DİM-dən Manera.az-a verilən məlumata görə, ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilib (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini 9 iyun saat 13:00-dək SQK-ların birində təsdiq etdirməli idirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız ərizəsini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.


Baxış sayı - 641 | Yüklənmə tarixi: 09.06.2021 11:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031