manera.az
manera.az

Ömrümü gəzirəm ... - Əli Şirin Şükürlü | MANERA.AZ

📅 20.11.2015 12:53


Ömrümü gəzirəm ... - Əli Şirin Şükürlü | MANERA.AZ
MANERA.AZ

nisbilik nəzəriyyəsi

qəribə, bəzən də qəribə olduğu qədər də
qorxulu fikirlər gəlir ağlıma –
bir az da maraqlı fikirlər doğrusu.

gözümü yumuram; məsələn,
ağlıma gəlir ki, uçuram işıq sürətilə.
uçuram hara – bilmirəm - uçuram
və uzaqlaşıram bir göz qırpımında yaşadığım şəhərdən,
yaşadığım şəhərin yerləşdiyi ölkədən, yaşadığım ölkənin
sığındığı kürədən. uzaqlaşıram bir anın içində...
sonra heç nə xatırlamıram.

açıram gözümü; qayıtmışam.
az qala heç kəsi və heç nəyi tanımıram.
məkan tanınmaz dərəcədə dəyişilib.
tanışlar həyatda yoxdu artıq.
məndən sonra doğulanlar qocalıb hətta.
dəyişməyən, deyəsən, mənəm təkcə. ya da
dəyişsəm belə, bu, nəzərə çarpmayacaq dərəcədə.
lakin...

sanki
ömürdən hansısa bir parçanı
salıb itirmişəm.

dəhşətə gəlirəm
və yaşanmış ömrümü gəzirəm
bütün bu dəyişmələr içində...


Əli Şirin Şükürlü

MANERA.AZ


Baxış sayı - 3 028 | Yüklənmə tarixi: 20.11.2015 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930