manera.az
manera.az

Sumqayıtda Emin Piri və Ulucay Akiflə görüş - Fotolar

📅 28.04.2019 19:40

Sumqayıtda Emin Piri və Ulucay Akiflə görüş - Fotolar
"Sumqayıt -70" silsilə tədbirlər çərçivəsində Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin təşkilati dəstəyi ilə şairlər Emin Piri və Ulucay Akiflə görüş və imza günü keçirilib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə Poeziya Evinin direktor müavini Elvin Əlizadə açıb.

Tədbirin aparıcısı AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin şairlərin yaradıcılığı haqqında məlumat verib.

AYB Qubadlı bölməsinin rəhbəri Namiq Məna, şairlər Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Sabir Yusifoğlu, Əli Nəcəfxanlı, Nadir Azayoğlu, Ələsgər Həsənli, Zirəddin Qafarlı, Arif Ərşad, Novruz Qələndərli, Kəramət Əmirli və başqaları hər iki şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Emin Piri və Ulucay Akif öz şeirlərini səsləndirib, sualları cavablandırıblar.

Sonda müəlliflər kitablarını imzalayıblar.

MANERA.AZ imza günündən fotolar təqdim edir:

Sumqayıtda Emin Piri və Ulucay Akiflə görüş - Fotolar
Sumqayıtda Emin Piri və Ulucay Akiflə görüş - Fotolar
Sumqayıtda Emin Piri və Ulucay Akiflə görüş - Fotolar
Sumqayıtda Emin Piri və Ulucay Akiflə görüş - Fotolar


Baxış sayı - 1 447 | Yüklənmə tarixi: 28.04.2019 19:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031