manera.az
manera.az

Sumqayıtda mədəniyyət forumu keçiriləcək

📅 12.02.2022 14:33

Sumqayıtda mədəniyyət forumu keçiriləcək
Mədəniyyət Nazirliyi yanında yaradılmış İctimai Şura ölkənin mədəniyyət mərkəzlərinin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrində, ölkənin mədəni həyatının zəngin və rəngarəng olmağında çox maraqlıdır. Bu səbəbdən də şuranın nəzdində fəaliyyət göstərən işçi qrupları həm paytaxtda, həm regionlarda müxtəlif tədbirlər həyata keçirməkdədir.

MANERA.AZ xəbər verir ki, növbəti belə tədbir gənclik şəhəri Sumqayıtda baş tutacaq.

Fevralın 17-də Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli” mövzusunda şəhərin tanınmış mədəniyyət xadimlərinin, gəncliyin nümayəndələrinin iştirakı ilə dinləmə-müzakirələr keçiriləcək.

Tədbirdə mədəniyyətin bütün sahələri - ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq əhatə olunacaq, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə obyekti olacaq.


Baxış sayı - 1 043 | Yüklənmə tarixi: 12.02.2022 14:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930