manera.az
manera.az

Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib

📅 11.10.2019 10:30

Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib
Oktyabrın 10-da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunan Birinci Mədəniyyət Festivalı keçirilib.

Manera.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan incəsənət bayramı bu yaxınlarda yubileyini qeyd edəcək Sumqayıtın şəhər statusu almasına həsr olunub.

Festivala Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də qatılıb.

Festival iştirakçıları şəhərin Kimyaçı Mədəniyyət Sarayının önündəki meydanın perimetri üzrə yerləşərək bir-birindən maraqlı çıxışlar, rəqs nömrələri, Kukla Teatrının tamaşalarından parçalar, şeirlər, milli musiqi alətlərində ifalar, əl işlərini, rəsmlərini, tətbiqi sənət nümunələrini, ölkəmizin ayrı-ayrı bölgələrinin folklor və mətbəxini həvəslə təqdim ediblər.
Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib
Əsl bayram ab-havasında keçən festivalı izləyən çoxsaylı şəhər sakinləri və qonaqlar arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də olublar.

Festival Kimyaçı Mədəniyyət Sarayının tamaşa zalında böyük bayram konserti ilə davam edib. Sumqayıt musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çıxış edən xor kollektivi və solistlərin ifaları monitorda bu gün gözəlləşən və müasirləşən Sumqayıtın gözoxşayan videogörüntüləri ilə tamamlanıb.
Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib
Sonda şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən müsabiqənin Sumqayıta həsr olunmuş “Ən yaxşı şeir” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, Elvin Əlizadə, Şəfiqə Şəfa, Asif Asiman Sumqayıta həsr olunmuş "Ən yaxşı şeir" nominasiyası üzrə 1-ci, 2-ci, 3-cü yerə layiq görülüblər. Müəlliflərə diplom və pul mükafatı təqdim edilib.


Baxış sayı - 1 305 | Yüklənmə tarixi: 11.10.2019 10:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031