manera.az
manera.az

Mədəniyyət naziri Türkiyədə səfərdədir

Mədəniyyət naziri Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-dən Türkiyədə rəsmi səfərdədir.

Manera.az xəbər verir ki, martın 1-də Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib. İclasa Azərbaycan Respublikası tərəfdən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz sədrlik edib.

İclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələrdə müzakirələr aparılıb və əməkdaşlıq məsələləri razılaşdırılıb.

Qeyd edək ki, martın 3-dək davam edəcək səfər proqramında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmi şəxslərlə görüşləri, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığa dair müzakirələrin aparılması, müvafiq sənədlərin imzalanması, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və foto sərgisinin açılış mərasimi, həmçinin digər tədbirlər nəzərdə tutulur.

Səfər martın 3-də İstanbulda davam edəcək.

Səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyədə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri ilə görüşləri də nəzərdə tutulur.

Mədəniyyət naziri Türkiyədə səfərdədirБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031