manera.az
manera.az

“Gəncliyin səsi” festivalı keçiriləcək

“Gəncliyin səsi” festivalı keçiriləcək
Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2020-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

Manera.az xəbər verir ki, festival fəal və istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Fevralın 2-də “Gənclər günü” münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə “Açıq qapı günü” elan ediləcək.

3 fevral tarixində saat 17:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək.

Açılış mərasimində gənc rəssamların, xalq tətbiqi-dekorativ və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi təşkil olunacaq, fəal və istedadlı gənclər mükafatlandırılacaq.

Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, musiqi məktəblərinin müəllim, tələbə və şagirdlərinin, həmçinin gənc aşıqlarından ibarət konsert proqramı təqdim olunacaq.

1-5 fevral tarixində Bakı şəhərində və regionlarda Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031