manera.az
manera.az

Nizami irsinə dair yeni kitabların təqdimatı keçirilib - Fotolar

Nizami irsinə dair yeni kitabların təqdimatı keçirilib - Fotolar
Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə çap olunan “Nizami Gəncəvinin əsərlərinin el variantları” və “Nizami Gəncəvinin poetik portreti” adlı kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış ədəbiyyat adamları iştirak ediblər.

Manera.az xəbər verir ki, AYB Gənclər Şurasının sədri, şair Fərid Hüseynin hazırladığı “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı Nizami və folklor mövzusuna həsr olunub. Kitabda Azərbaycan xalqının milli adət-ənənələri, el deyimləri, xalq yaradıcılığı ilə Nizaminin əsərlərindəki paralellər oxucuların nəzərinə çatdırılıb. Kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşı, şair Ramil Əhmədin hazırladığı “Nizami Gəncəvinin poetik portreti” adlı kitabda isə, müxtəlif illərdə Nizamiyə həsr olunmuş şeirlər yer alıb. Qeyd edək ki, kitabda dünya ədəbiyyatından olan nümunələrlə də tanış olmaq olar. “Nizami Gəncəvinin poetik portreti”kitabının təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusiflidir.

AYB-nin mətbuat katibi Xəyal Rza tədbirdəki giriş sözündə deyib ki, “Nizami ili” çərçivəsində ərsəyə gələn bu kitabların şairin tədqiqi və təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AYB-nin sədr müavini Rəşad Məcid Kürdəmir Regional Mədəniyyət İdarəsinin səmərəli fəaliyyətindən söhbət açaraq, idarənin həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. O, eyni zamanda, hər iki müəllifin təşəbbüsünü təqdirəlayiq hadisə kimi dəyərləndirib, F.Hüseynin hazırladığı kitabda qoyulan məsələnin son dərəcə maraqlı olduğunu qeyd edib. O, Nizamiyə həsr olunmuş şeirlərin bir kitabda cəmləşməsini Ramil Əhmədin səmərəli araşdırmasının nəticəsi olduğunu deyib.

Hər iki nəşrin layihə rəhbəri və ön söz müəllifi olan Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı təqdimatın keçirilməsinə şərait yaratdığı üçün AYB-yə dərin minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nizami ili” ilə bağlı imzaladığı Sərəncamı Azərbaycan ədəbiyyatına və şairin irsinə böyük diqqət nümunəsi olaraq qiymətləndirən idarə rəisi ərsəyə gələn kitabların rəğbətlə qarşılanmasından məmnunluğunu bildirib. F.Xudanlı “Nizami ili”nə ən gözəl töhfənin məhz dahi şairin irsinin tədqiqi olduğunu bildirib, buna görə F.Hüseynə və R.Əhmədə təşəkkür edib.

Yazıçı Seyran Səxavət, AYB-nin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Ədəbiyyat İnstitutunun icracı direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyinin əməkdaşı Xəyal Məmmədov, professor Cavanşir Yusifli, “Kulis.az” mədəniyyət portalının baş redaktoru, şair Ulucay Akif çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər.

Sonda çıxış edən F.Hüseyn və R.Əhməd təqdim olunan iki nəşrin hazırlanması prosesi barədə məlumat veriblər.

Nizami irsinə dair yeni kitabların təqdimatı keçirilib - Fotolar
Nizami irsinə dair yeni kitabların təqdimatı keçirilib - Fotolar
Nizami irsinə dair yeni kitabların təqdimatı keçirilib - Fotolar
Nizami irsinə dair yeni kitabların təqdimatı keçirilib - Fotolar


Baxış sayı - 625 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031