manera.az
manera.az

Moskvada Nizaminin yubileyi qeyd olunub

📅 17.02.2021 12:33

Moskvada Nizaminin yubileyi qeyd olunub
Moskvadakı Millətlər Evində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.

Manera.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə Məclisi və “Bakılılar” mədəni-maarifçilik klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya və Azərbaycanın elm adamları, ədəbiyyatşünaslar, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

“Bakılılar” klubunun rəhbəri Cəmil Sadıxbəyov görüşdə çıxış edərək Nizami Gəncəvinin 880 illik yubileyinin Rusiya paytaxtında qeyd olunmasının xüsusi əhəmiyyətini vurğulayıb.

C.Sadıxbəyli xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin 2002-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə birlikdə Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin açılışı zamanı dahi şairimizin parlaq irsinin təkcə Şərq mədəniyyətində deyil, bütün bəşəriyyətə məxsus olduğunu bildirib.

Rusiyanın Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, nizamişünas alim Abuzər Bağırov Nizami Gəncəvinin irsinin Rusiyada geniş təbliğinin vacibliyindən danışıb.

“Onun əsərlərində həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimizə işarələr var. Yaxşı olardı ki, “Nizami Gəncəvi İli” çərçivəsində belə bir kitab ərsəyə gəlsin”, - deyə o bildirib.

Azərbaycan Əlyazmalar İnstitutunun direktoru, tanınmış ədəbiyyatşünas alim Teymur Kərimli, İstanbul Texniki Universitetinin kafedra müdiri Çingiz Hacıyev tədbirə videoəlaqə vasitəsi ilə qatılaraq Nizami Gəncəvi yaradıcılığı barədə maraqlı faktlar təqdim ediblər.

Tədbirdə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru Nizami Əliyevin məruzəsi dinlənilib. Çıxış edən digər natiqlər Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışaraq, onun əsərlərində qoyulan bəşəri problemlərin bu gün də aktuallığını qoruduğunu xüsusi vurğulayıblar.


Baxış sayı - 661 | Yüklənmə tarixi: 17.02.2021 12:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031