manera.az
manera.az

Şuşada Türk Dünyası Film Festivalı keçiriləcək

📅 14.11.2021 07:40

Şuşada Türk Dünyası Film Festivalı keçiriləcək
Şuşada “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı keçriləcək.

Manera.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

“Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib ki, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2022-ci ildə Bursada (Türkiyə-red), 2023-cü ildə isə Azərbaycanın mədəniyyət paytaxtı, azad Qarabağın qəlbi Şuşada keçiriləcək”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb.

Eyni zamanda Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib.


Baxış sayı - 755 | Yüklənmə tarixi: 14.11.2021 07:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031