manera.az
manera.az

Türk Dünyası Film Festivalı təxirə salındı

📅 07.06.2020 19:37

Türk Dünyası Film Festivalı təxirə salındı
Yeddi Türk Dövləti və Muxtar Respublikasının birgə təşkilatçılığı ilə 2020-ci ildə keçirilməsi planlaşdırılan Türk Dünyası Film Festivalı təxirə salınıb.

APA-nın xəbərinə görə, festivalın 2021-ci ildə keçirilməsinə qərar verilib.

Buna səbəb dünya miqyasında problemə çevrilmiş koronavirus pandemiyasıdır.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası və daha bir neçə türkdilli muxtariyyətin film mütəxəssislərinin İstanbulda keçirilən toplantısında festivalın 2020-ci ildə keçirilməsinə qərar verilib. Bununla bağlı Təşkilat Komitəsi yaradılıb.


Baxış sayı - 778 | Yüklənmə tarixi: 07.06.2020 19:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930