manera.az
manera.az

Latın Amerikasının ən yaxşı romanı bəlli oldu

📅 04.10.2021 09:56

Latın Amerikasının ən yaxşı romanı bəlli oldu
Kolumbiyalı yazıçı Xuan Qabriel Vaskesin “Keçmişə bir nəzər” romanı “Ən yaxşı Latın Amerikası romanı” seçilib.

Manera.az-ın verdiyi xəbərə görə, 2020-ci ildə qələmə alınan əsər bu il dördüncüsü keçirilən Mario Varqas Lyosa bienalında qiymətləndirilib.

Tədbirdə çıxış edən Nobelli yazıçı Mario Varqas Lyosa romanı “qaçırılmayacaq-itməyəcək əsər” adlandırıb və mükafatı həmkarına təqdim edib.

Xatırladaq ki, Xuan Qabriel Vaskes çağdaş dünya ədəbiyyatının ən ciddi müəlliflərindən hesab olunur.

Onun “Düşən əşyaların səsi” romanı dünyanın ən aparıcı dillərinə, o cümlədən Türkiyə türkcəsinə tərcümə olunub.


Baxış sayı - 441 | Yüklənmə tarixi: 04.10.2021 09:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031