manera.az
manera.az

Bu trilogiya Misirdə ilin ən yaxşı romanı seçilib

Bu trilogiya Misirdə ilin ən yaxşı romanı seçilib
Misirin qadın yazıçısı Rem Bəssyuneyin Əyyubilər sülaləsinin süqutundan sonra məmlüklər tərəfindən qurulan türk sultanlığından bəhs edən “Rəiyyət
oğulları: Məmlük trilogiyası” əsəri ilin ən yaxşı romanı elan edilib.

Manera.az xəbər verir ki, roman ədəbiyyat üzrə Misirin ən yüksək Naqüb Məhfuz mükafatına layiq görülüb və ərəb ölkələrində ən çox satılan kitab olub. Misir Mədəniyyət Nazirliyi nəzdində Ali Mədəniyyət Şurası tarixi romanı yüksək qiymətləndirib.

Misirdə və Yaxın Şərqdə Əyyubi sultanlarının köləsi olan (məmlük “ağ kölə” deməkdir) və 267 il hökmranlıq etmiş məmlüklərin maraqlı tarixini çox maraqlı bədii çalarlarla oxuculara təqdim edən Rem Bəssyuney üç ilə yaxın müddətdə araşdırmalar aparıb və qiymətli əsər ərsəyə gətirib. Sultan Həsən məscidində ilahiyyatçı alimlərlə də tarixi faktları öyrənən yazıçı ilk məmlük sultanı zamanından Osmanlı işğalınadək olan dövrü trilogiyaya sığdırıb. “Mən çalışmışam ki, oxuculara tarixi anlamaqda kömək edim, həmin dövrdə sosial məsələlərdən tutmuş, insanların məişətini, düşüncələrini çatdırım”, -deyə müəllif qeyd edib.

Ədəbi tənqidçilər və tarixçilər Qahirə Amerika Universitetinin sosiologiya üzrə professoru olan yazıçının əsərini Misir və İslam aləmi tarixinə və ədəbiyyatına töhfə kimi xarakterizə ediblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930