manera.az
manera.az

102 tələbə Prezident təqaüdünə layiq görülüb - SİYAHI

102 tələbə Prezident təqaüdünə layiq görülüb - SİYAHI
Sentyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev "2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, 2021-2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

Onlar respublikanın 28 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülər arasında isə 59 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 16 nəfər kənd məktəbinin məzunlarıdır), 9 nəfər keçmiş işğal altında olan rayonlara aid məktəblərdən, 1 nəfər valideyni əlil olan ailədən, 3 nəfər bir valideyni olmayan ailədən, eləcə də müəllim, hərbçi, həkim, sürücü, mühəndis, satıcı, fəhlə, təqaüdçü və s. ailələrindən olan məzunlar var. Siyahıda olan 22 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

Təqaüdçülərdən 43 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 15, Gəncədə yerləşən məktəblərin məzunlarından 5, Abşeron, Kəlbəcər, Naxçıvan Və Şəmkirdə yerləşən məktəblərin məzunlarından 3 nəfəri bilik öncülləri siyahısında görmək olar.

Xatırladaq ki, Prezident təqaüdçülərindən 33 nəfər Bakı Ali Neft Məktəbinə, 25 nəfər Azərbaycan Tibb Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 12 nəfər ADA Universitetinə, 8 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 4 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Azərbaycan-Fransız Universitetinə (UFAZ), 2 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub.

SİYAHI ilə BU LİNKDƏN tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31