manera.az
manera.az

Magistraturaya sənəd qəbulu başa çatdı

📅 19.02.2021 11:06

Magistraturaya sənəd qəbulu başa çatdı
2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.

Manera.az xəbər verir ki, 19 764 nəfər ərizəsini təsdiq edib.

Onlardan 18 026 nəfəri Azərbaycan, 1 738 nəfər isə rus bölməsinə sənəd verib.

Qeyd edək ki, magistraturaya sənəd qəbulunun vaxtı 19 fevral səhər saat 10.00-a qədər uzadılmışdı.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.


Baxış sayı - 663 | Yüklənmə tarixi: 19.02.2021 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930