manera.az
manera.az

Magistraturaya qəbulun nəticələri açıqlandı

Magistraturaya qəbulun nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Manera.az xəbər verir ki, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14981 bakalavrdan 10350 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.

Magistratura səviyyəsinə qəbul olunanların qəbul olduqları ali təhsil müəssisələrindəki qeydiyyatı haqqında DİM-in saytında və sosial şəbəkə hesablarında əlavə məlumat veriləcək.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı da elan olunacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031