manera.az
manera.az

27 sentyabr - Anım Günü Ankarada qeyd olunub

📅 27.09.2021 11:40

27 sentyabr - Anım Günü Ankarada qeyd olunub
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Anım Günü ilə əlaqədar Türkiyənin Ankara şəhərində mərasim keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, deputatlar, Türkiyədə yaşayan, təhsil alan və işləyən soydaşlarımız, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Ankarada fəaliyyət göstərən Azərbaycan Evində keçirilən mərasimdə, əvvəlcə, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, 44 günlük Vətən müharibəsinin, eyni zamanda, hər iki ölkənin azadlığı uğrunda canlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan rəşadətli Zəfər barədə iştirakçılara müfəssəl məlumat verilib.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək dəyərləndirilib. Təkrar-təkrar vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq.

Sonra iştirakçılar İkinci Qarabağ müharibəsinin əzəmətli döyüş səhnələri, Azərbaycan xalqının Vətən uğrunda birliyi və sair mühüm məramları əks etdirən fotosərgi ilə tanış olublar.


Baxış sayı - 1 058 | Yüklənmə tarixi: 27.09.2021 11:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031