manera.az
manera.az

“Qarabağ zəfəri”ni 44 sözlə ifadə edəcək - hekayə müsabiqəsi

“Qarabağ zəfəri”ni 44 sözlə ifadə edəcək - hekayə müsabiqəsi
“Mücrü” Nəşriyyatı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə “Qarabağ zəfəri” qısa hekayə müsabiqəsinə start verir.

Manera.az xəbər verir ki, hekayə müsabiqəsinin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatına dəstək olmaq, qələbəmizə oxucuların yaradıcı müstəvidə münasibətini üzə çıxarmaqdır.

“Qarabağ zəfəri” qısa hekayə müsabiqəsinə göndərilmiş əsərlərin həcmi 44 sözdən çox olmamalıdır. Yalnız Azərbaycan dilində olan əsərlərin qəbul olunacağı müsabiqədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə iştirak ödənişlidir. Ödəniş hər bir əsər üçün 10 AZN (on manat) təşkil edir. Bir müəllif müsabiqəyə maksimum 3 əsər göndərə bilər. Müəlliflər əsərləri qisahekaye@gmail.com elektron ünvanına göndərməlidir. Mövzu hissəsində ad və təxəllüsünü, əlaqə nömrəsini, həmçinin əsərin adını qeyd etməlidir. Şərtlərə uyğun olmayan əsərlər müsabiqəyə qəbul edilməyəcək.

Əsər qəbulu 10 sentyabr tarixində başlayacaq, 8 noyabr 2021-ci ilə (saat 12:00-a) qədər davam edəcək.

Müsabiqədə ilk 10 yeri tutmuş müəlliflər kitab dəstləri və başqa qiymətli hədiyyələrlə mükafatlandırılacaq, ilk 5 yerin qalibi diplomla təltif olunacaqdır. Müsabiqəyə göndərilmiş əsərlərin hamısı kitab halında nəşr ediləcək.

Qeyd edək ki, müsabiqənin bütün şərtlərinə uyğun əsərlər gündəlik olaraq “Mücrü ART” (www.mucru.art) portalında yayımlanacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930