manera.az
manera.az

Bu gündən yeni tədris ili başladı

📅 22.09.2021 07:49

Bu gündən yeni tədris ili başladı
Bu gündən Azərbaycanda yeni tədris ili başlayır.

Manera.az xəbər verir ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

Builki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır. Təhsil müəssisələrində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

2021-2022-ci tədris ilində respublikanın məktəblərində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91min 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Xatırladaq ki, V-XI siniflərdə əyani təhsil isə 29 sentyabr tarixindən başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.


Baxış sayı - 727 | Yüklənmə tarixi: 22.09.2021 07:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031