manera.az
manera.az

Ənənəvi tədris qismən bərpa olunur

📅 01.02.2021 10:17

Ənənəvi tədris qismən bərpa olunur
Fevralın 1-dən məktəbəhazırlıq qruplarında, icma əsaslı məktəbəqədər təhsil qruplarında və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi qaydada qismən bərpa olunur.

Bu barədə Manera.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ibtidai siniflər üzrə əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa ediləcək.

İbtidai siniflər üzrə 628 min 651 şagird, məktəbəhazırlıq qruplarında 103 min 604 uşaq əyani olaraq dərslərə başlayacaq.

Həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında 9 min 207 uşaq tədrisi ənənəvi olaraq davam etdirəcək.


Baxış sayı - 734 | Yüklənmə tarixi: 01.02.2021 10:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031