manera.az
manera.az

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlanıb

📅 17.08.2021 07:29

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlanıb
2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan olunub.

DİM-dən Manera.az-a verilən xəbərə görə, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək in­ter­­net vasitəsilə aparılacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin «Abituriyent» jurnalının 4-cü nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.


Baxış sayı - 748 | Yüklənmə tarixi: 17.08.2021 07:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930