manera.az
manera.az

Məktəbəhazırlıq qruplarına qəbulun tarixi açıqlanıb

Məktəbəhazırlıq qruplarına qəbulun tarixi açıqlanıb
Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək.

Manera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

2021-2022-ci tədris ili üzrə məktəbəhazırlığa qəbulla bağlı daha ətraflı bu link vasitəsilə sual-cavab faylından məlumat əldə edə bilərsiniz.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031