manera.az
manera.az

Azərbaycanlı şairin kitabları Almaniyada və Təbrizdə çap olunub

📅 02.08.2021 12:26

Azərbaycanlı şairin kitabları Almaniyada və Təbrizdə çap olunub
Tanınmış şair Nazim Əhmədlinin "Mein geliebtes fernes Meer" (Sevdiyim uzaq dəniz) adlı şeirlər kitabı Almaniyanın Köln şəhərində alman dilində çap olunub.

Kitabı Azərbaycan dilindən Almaniyada yaşayan tanınmış türk yazıçısı, Orhan Aras və Azərbaycandan şair-tərcüməçi Yusif Savalan tərcümə edib.

Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlərdən nümunələr daxil edilib.

Nazim Əhmədlinin "Buludları üstümə ört" adlı daha bir kitabı Təbrizdə fəaliyyət göstərən "Aydın-Sav" nəşriyyatında çap olunub.

Kitabın naşiri Təbrizdə yaşayan yazıçı Nurəddin Müqəddəm, sifarişçisi şair Seyid Mahmud İbadi, ərəb əlifbasına çevirən isə şair Səxavət İzzəti Əndəlibdir.

Bu kitabda şairin müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirlər toplanıb.


Baxış sayı - 811 | Yüklənmə tarixi: 02.08.2021 12:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31