manera.az
manera.az

Azərbaycanlı şairin ingilis dilində kitabı işıq üzü gördü

📅 07.05.2021 14:29

Azərbaycanlı şairin ingilis dilində kitabı işıq üzü gördü
Tanınmış şair Xəyal Rzanın ingilis dilində şeirlər kitabı çap olunub.

Manera.az xəbər verir ki, kitabda şairin tərcümə edilmiş 23 şeiri yer alıb.

Kitab yazıçı, tərcüməçi Kamran Nəzirlinin “Çağdaş Azərbaycan şeiri ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb. Kamran Nəzirli layihə haqqında danışarkən “məqəsdimiz Azərbaycan ədəbiyyatının çağdaş poeziyasının istedadlı nümayəndələrini ingilisdilli oxucularla tanış etməkdir”, – deyə bildirib.

Kitabda müəllifin sevgi şeirlərilə yanaşı, Qarabağa, eyni zamanda erməni canilərinin yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişmiş iki yaşlı Zəhraya aid şeirləri yer alıb. Tərcüməçi oxuculara bu barədə haşiyə hissəsində ətraflı məlumat verib.

Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çapdan çıxan “The world smells love” adlı kitab Xəyal Rzanın sayca 7-ci kitabıdır.


Baxış sayı - 940 | Yüklənmə tarixi: 07.05.2021 14:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031