manera.az
manera.az

Əlirza Həsrətdən yeni kitab

📅 25.11.2020 14:43

Əlirza Həsrətdən yeni kitab
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlirza Həsrətin "Duman şehi" adlı yeni kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, kitabda şairin şeirləri və poemaları yer alıb.

Ön sözünü filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı Hüseynovun yazdığı və özünün də redaktoru olduğu kitab "Elm və Təhsil" nəşriyyatında çap olunub.

"Duman şehi" şair Əlirza Həsrətin "Kim sənə oxşayıb, sevmişəm elə" (1998), "Ayrılıq sevginin dar ağacıdır" (2001), "Edam çiçəyi" (2004), "Sükut nəğməsi" (2005), "Bundan belə ayrılıqdır" (2008), "Həsrət rüzgarı" (2010), "Saat səsi" (2015) adlı şeir kitablarından sonra oxucularla səkkizinci görüşüdür.


Baxış sayı - 946 | Yüklənmə tarixi: 25.11.2020 14:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031