manera.az
manera.az

Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb

📅 28.07.2021 09:50

Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
Görkəmli yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin “Nizami Gəncəvi” mükafatına layiq görülüb.

Manera.az xəbər verir ki, mükafatı iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib.

AYB sədri yazıçını bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.

Xatırladaq ki, yaxın günlərdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycan ədibləri” seriyasından tərtib etdiyi “Seyran Səxavət” adlı biblioqrafik kitab da işıq üzü görüb.

Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb


Baxış sayı - 727 | Yüklənmə tarixi: 28.07.2021 09:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930