manera.az
manera.az

“Dəli Domrul”un premyerası olacaq | MANERA.AZ

📅 16.10.2015 10:23

“Dəli Domrul”un  premyerası olacaq | MANERA.AZ

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Kitabi-Dədə Qorqud” dastanının eyni adlı boyu əsasında səhnələşdirilmiş “Dəli Domrul” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildiriblər ki, “Kitabi–Dədə Qorqud” dastanının ən xoş, ürəyəyatımlı, maraqlı və pozitiv qəhrəmanlarından olan Dəli Domrulun və digər qəhrəmanların tamaşaçılarla görüşü oktyabrın 24-də baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi, teatrın baş rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı isə Elman Rəfiyevdir.

Tamaşada rolları teatrın aktyorları Elnur İsmayılov, Əli Əlizadə, Səbirə Həsənova, Solmaz Bədəlova, Rafiz Mehdizadə və Nurlan Rüstəmov ifa edəcəklər.


Baxış sayı - 1 750 | Yüklənmə tarixi: 16.10.2015 10:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031