manera.az
manera.az

Kolleclərə qəbul elan edildi

📅 14.06.2021 10:11

Kolleclərə qəbul elan edildi
Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında (kollec) tələbə qəbulu elan edib.

DİM-dən Manera.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2021-ci il iyunun 14-dən 29-dək internet vasitəsilə aparılır.

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən təqdim olunur.

Ətraflı BURADAN tanış ola bilərsiniz.


Baxış sayı - 759 | Yüklənmə tarixi: 14.06.2021 10:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031